AKGİRİŞİM KONTRAKT, KONSALTİNQ
VE ƏTRAF MÜHİT TEXNOLOGİYALARI A.Ş

AKGİRİŞİM Müteahhitlik Müşavirlik ve Çevre Teknolojileri Sanayi ve Ticaret A.Ş

EN
AZ
TR

TICARI VƏ YAŞAYIŞ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ DAŞINMAZ ƏMLAK LAYİHƏLƏRİ


Akgirişim layihə böyüklüyü 300 milyon ABŞ Dolları olan Akbatı Rezidans və Akbatı Alışveriş və yaşayış mərkəzi layihələrini uğurla tamamlamışdır.

Layihənin təsviri:

AKBATI ALIŞVERİŞ VƏ YAŞAYIŞ MƏRKƏZİ

Akbatı Alışveriş və Yaşayış mərkəzi ümumi 243.000 m2 inşaat və 65.500 m2 kiralana bilən sahəyə malikdir. Sahib olduğu müasir dizaynı, 200-ə yaxın Türk və beynəlxalq nüfuzlu markaları, 9 kino zalı, beynəlxalq mətbəxlərdən təamlar təqdim edən restoranları, uşaq oyun sahələri, təhsil mərkəzləri və 3000 avtomobil tutumlu qapalı avtoparkı ilə Akbatı layihəsi İstanbulun ən geniş alış-veriş və yaşayış mərkəzlərindən biri olmağı hədəfləməkdədir.

AKBATI MƏNZİLLƏRİ

Akbatı Alışveriş və Yaşayış mərkəzinin üst hissəsində 11 və 21 mərtəbəli yaşıl və mavi qüllələr ucalır. Qapalı və açıq hövuzları, idman zalları, yaşayış xidmətləri, 7/24 konserj xidmətləri daxil olmaqla 348 yaşayış mənzili ilə öz sakinlərini keyfiyyət və komfortla təmin edir. Yataq otaqlarının sayı 1-dən 4,5 qədər olaraq, geniş seçim imkanı təklif edən Akbatı layihəsi regionda fərq yaradaraq çox diqqət cəlb etmişdir.

FESTİVAL PARK

5000 nəfərlik mənzil tutumu ilə Festival Park, konsertlərə və sosial fəaliyyətlərə ev sahibliyi edərək Akbatı mənzil sakinləri, Akbatı Alış-veriş və Yaşayış mərkəzinin müştəriləri, və ətrafda yaşayan sakinlərində sosial həyata dəyər qataraq böyük bir fərqliləşdirmə yaradır.

RESTORANLAR KÜÇƏSİ

Akbatı Alışveriş və Yaşayış mərkəzinin tam yanında yerləşən və üstündə xüsusi restoranların yerləşdiyi ərazi layihənin əhəmiyyətli hissələrindən biridir.
Türkiyənin qabaqcıl daşınmaz əmlak və yatırım şirkətlərindən biri olan AKİŞ GYO, 1,4 milyard dollarlıq yatırım böyüklüyü ilə İstanbul şəhərinin mərkəzi küçələrində mağazalara yatırımlar, rahat mənzil layihələri, alış-veriş mərkəzlərinin tikilməsi və kompleks layihələr həyata keçirmişdir.



Layihədən Görüntülər

Akgirişim Müteahhitlik Müşavirlik ve Çevre Teknolojileri Sanayi ve Ticaret A.Ş
2014-2018© Akgirişim Kontrakt, Konsaltinq ve Ətraf Mühit Texnologiyaları A.Ş
Solera Yazılım
Design & Application by Solera